Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.

 

Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

 

U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.