Növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək "Vilyarreal" Ukrayna millisinin və Madrid "Real"ının qapıçısı Andriy Luninin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Real" qapıçısı "sualtı qayıq" tərəfindən əsas qolkiper kimi qəbul edilsə də, futbolçunun özü Madriddən getməyə həvəsli deyil.

 

Qeyd edək ki, Lunin ötən mövsüm bütün turnirlərdə 14 oyun keçirib və 19 qol buraxıb. 6 qarşılamada isə qapısını toxunulmaz saxlayıb.