"İnter"müdafiəçisi Federiko Dimarkonun müqaviləsini daha iki il uzatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Milan klubu 28 yaşlı italiyalı futbolçunu 2030-cu ilin yayına qədər saxlamaq niyyətindədir.
Dimarko 2018-ci ilin iyulundan ayından "İnter"in formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Dimarko bu mövsüm 43 matçda 7 qol vurub və 18 məhsuldar ötürmə edib. O, həmçinin 16 məhsuldar ötürmə ilə İtaliya liqasının bir mövsümdə ən çox məhsuldar ötürmə rekorduna çatıb.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.