Məşhur portuqaliyalı məşqçi Joze Mourinyo İtaliya millisinə italyan məşqçinin rəhbərlik etməli olduğunu bildirib. Sport24.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, tanınməş mütəxəssis İtaliya Futbol Federasiyasını Antonio Konte və ya Massimo Alleqrini təyin etməyə çağırıb:
"Kimsə məndən milli komandanızı idarə etmək istəyib-istəmədiyimi soruşdu: cavabım budur ki, xarici məşqçiyə ehtiyac yoxdur. Alleqri, Konte və başqalarının adını çəkə bilərəm. Çoxları 10 milyon əhalisi olan Portuqaliyanın dünya çempionatına vəsiqə qazanmasına və nəticədə Avropanın ən yaxşı komandalarında yer alan bu qədər istedadlı oyunçuya sahib olmasına təəccüblənir. Gəlin gənclər turnirlərinin necə təşkil olunduğunu, bu komandalarda mövcud olan şəraiti görün. Bundan sonra hər şeyi anlayacaqsız".
Qeyd edək ki, İtaliya millisi DÇ-2026-ya vəsiqə qazana bilməyib.