Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. Sport24.az xəbər verir ki, yığma Belarus millisi ilə qarşılaşıb.

 

Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.