"Sabah" komandası daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin aparıcı futbolçusu Akim Zedadka cəzalı duruma düşüb.
Buna 30 yaşlı yarımmüdafiəçinin "Karvan-Yevlax"a qalib gəldikləri (2:0) 29-cu turun oyununda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən fransalı oyunçu 30-cu turda "Şamaxı" ilə matçı buraxmalı olacaq.
"Karvan-Yevlax"la matçda qırmızı vərəqə alan Aleksey İsayev də qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, "Şamaxı" - "Sabah" oyunu mayın 3-də keçiriləcək.