Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" ABŞ Kubokunda 1/8 final oyununa çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda I Liqa təmsilçisi "One Knoxvill" ilə qarşılaşıb.
5 qolun vurulduğu matç "Kolumbus Kryu"nun qələbəsiylə başa çatıb – 4:1.
Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
"Kolumbus Kryu" bu qələbə ilə 1/4 finala yüksəlib.