İngiltərənin "Mançester Yunayted" klubu "Milan"ın ulduz futbolçusu Rafael Leao üçün ciddi addımlar atmağa başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" portuqaliyalı vingerin transferində israrlıdır. Mançester təmsilçisi artıq futbolçunun meneceri ilə ilkin təmaslara başlayıb və keçidin mümkün detallarını araşdırır.


Qeyd ədək ki, Rafael Leao bu mövsüm "Milan"ın hücum xəttində əsas simalardan biri olsa da, klubun mövcud maliyyə siyasəti və gəlir əldə etmək planları onun yayda İtaliyanı tərk etməsini qaçılmaz edə bilər.

 

Portuqaliyalının karyerasını Dumanlı Albionda davam etdirmək ehtimalı getdikcə artır və yaxın aylarda bu transferlə bağlı konkret addımların atılması gözlənilir.