İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi"nin ukraynalı vingeri Mixaylo Mudriki antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edib. Sport24.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Hökmə baxmayaraq, 25 yaşlı futbolçu qərardan apelyasiya şikayəti verəcəyini açıqlayıb və komandası artıq İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti verib. Lakin yeni iş üzrə dinləmə tarixi hələ açıqlanmayıb.

 

Qeyd edək ki. Mudrik sonuncu dəfə meydanda 2024-cü ilin noyabr 28-də, Konfrans Liqasında "Haydenhaym"la oyunda meydana çıxıb.