İran nümayəndə heyəti FİFA-nın Kanadanın Vankuver şəhərində keçiriləcək konqresində iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə İranın Tasnim informasiya agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac və baş katib Hedayat Mombeininin AFC və FIFA konqreslərində iştirak etmək üçün Kanadaya yollanıblar. Lakin federasiya nümayəndələri Toronto hava limanında "immiqrasiya rəsmilərinin qeyri-peşəkar davranışı" ilə qarşılaşıblar.
Kanadanın xarici işlər naziri Anita Anand məsələyə belə reaksiya verib:
"Bu, mənim şəxsi məlumatım deyil, amma başa düşdüyüm qədəri ilə icazə ləğv edilib. Bu, qəsdən edilməyib, amma məsələ araşdırılacaq".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.