Ötən gecə baş tutan oyundan sonra UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Namizədlər PSJ-nin hücumçusu Usman Dembele və Madrid "Atletiko"sunun forvardı Antuan Qrizmandır.
Dembele "Bavariya" üzərində 5-4 hesablı qələbə qazanılan görüşdə iki qol vurub, Qrizmann isə "Arsenal"a (1-1) qarşı matçda parlaq oyun göstərsə də, fərqlənə bilməyib.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə ilə müəyyənləşir.