PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının yarımfinalının "Bavariya"ya qarşı cavab qarşılaşmasını buraxacaq. Sport24.az xəbər verir ki. bu barədə Fransa mətbuatı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, tibbi müayinədən sonra 27 yaşlı futbolçunun bud əzələsinin cırıldığı aşkarlanıb.

 

Hakimi bu mövsüm PSJ-nin heyətində 30 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, "Bavariya" və PSJ arasında cavab oyunu mayın 6-da Münhendə keçiriləcək.