Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir.
Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan meydan sahibləri bu gün qalib gələcəyi halda turnir cədvəlində 4-cü pilləyə yüksələ bilər. Həmçinin "Neftçi" 3 xal qazanacağı təqdirdə "Sabah"ın çempionluğu rəsmiləşəcək.
Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.
Misli Premyerv Liqası
III dövrə, XXI tur (təxirə salınmış oyun)
20:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Palms Sports Arena".