Polşanın "Yagelloniya" komandasında çıxış edən Afimiko Pululu ilə maraqlanan Azərbaycan klubu bəlli olub. Sport24.az xəbər verir ki, "Neftçi" 27 yaşlı hücumçu ilə maraqlanır.
Bu barədə Afrika mətbuatı məlumat yayıb.
İddiaya görə, "ağ-qaralar" konqolu forvarda illik 500 min avro ödəməyə hazırdır.
Mövsümün sonunda azad agent olacaq futbolçunun hansı qərar verəcəyi gözlənilir. Onun Serbiya, Türkiyə və Qazaxıstandan da təkliflərinin olduğunu deyilir.
2023-cü ildən "Yagelloniya"nın formasını geyinən Pululunun avrokuboklarda oynamaq istəməsi işi bir az çətinləşdirə bilər. "Neftçi" hazırda UEFA Konfrans Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır.
Qeyd edək ki, Afimiko Pululu "Yagelloniya"nın heyətində keçirdiyi 129 oyunda 52 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Konqolu forvard cari mövsüm Polşa çempionatında 29 matçda 12 qol və 5 assistə imza atıb.