İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, geniş siyahıda 5 mütəxəssis yer alıb.

 

"Çelsi"nin sabiq baş məşqçisi Qrem Potterin şansları daha yüksək qiymətləndirilir. İkinci yerdə "Nyukasl"ın çalışdırıcısı Eddi Hau, üçüncü pillədə isə İngiltərə U-21-nin "sükanı arxasında" olan Li Karsli qərarlaşıb. Tanınmış mütəxəssislərdən almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettino da bu postu tutmağa namizəddirlər.

 

Qeyd edək ki, Qaret Sautqeyt iyulun 16-da istefa verib. Komanda onun rəhbərliyi altında AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olub.