"France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu mükafatının sahibi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu ada "Barselona"nın və İspaniya milli komandasının üzvü Pedri layiq görülüb.19 yaşlı yarımmüdafiəçiyə mükafatı italiyalı futbol veteranı, İtaliya yığmasının kapitanı kimi düny çempionu olan Fabio Kannavaro təqdim edib.

Pedri bu nominasiyada Cud Bellinqem ("Borussiya", İngiltərə), Meyson Qrivud ("Mançester Yunayted", İngiltərə) və Camal Musialanı ("Bavariya", Almaniya) qabaqlayıb.