"Bornmut" bu yay Andoni İraolanın gedişindən sonra baş məşqçi postuna potensial namizəd kimi Frank Lempardı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "The i Paper" qəzeti məlumat yayıb.
47 yaşlı Lempard hazırda Çempionşipdə zirvədə qərarlaşan "Koventri"nin "sükanı arxasındadır".
Mənbənin sözlərinə görə, Lempardın klubla ailə əlaqələri var. Əmisi Harri Rednapp uzun müddət klubun meneceri olub. Əmisi oğlu Ceymi isə hələ də klubun əsas fiqurları ilə yaxın münasibətdədir.