"Çelsi"nin sabiq yarımmüdafiəçisi və hazırda isə "Koventri"nin "sükanı arxasında" olan Frank Lampard 2004/05 mövümündəki "Çelsi"sinin Premyer Liqa tarixinin ən böyük komandalarından biri olduğunu söyləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "The Telegraph"a açıqlama verib:
"Düşünürəm ki, 2004/05 mövsümündə biz "Arsenal"ın məğlubedilməz olduğu zaman etdiklərinə, ondan sonra Xosep Qvardiolanın "Mançester Siti"si ilə eyni səviyyədə komanda idik. Heç şübhəsiz ki, İngiltərə Premyer Liqasının ən böyük komandaları barədə müzakirə gedəndə biz də yada düşməyə layiqiq".
Qeyd edək ki, 2004/2005 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında "Çelsi" İngiltərə çempionu olub. Londonlular mövsüm ərzində cəmi bir məğlubiyyət və səkkiz heç-heçə edib. "Zadəganlar" Premyer Liqanın 38 turunda qapısından cəmi 15 qol görüb.