Klublarası dünya çempionatının açılış matçına 20 mindən çox bilet satılıb. Sport24.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mənbənin sözlərinə görə, FİFA biletlərin əl çatan olması üçün qiymətlərdə endirim də edib. İlkin olaraq 349 dollara nəzərdə tutulansbiletlər indi 55 dollara satılır. Ali futbol qurumu dünya çempionatının oyunlarına 130-dan çox ölkədən azarkeşlərin gələcəyini proqnozlaşdırır.
Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.