"Espanyol" "Bavariya"nın vingeri Brayan Saraqosanı icarəyə götürməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.
İcarə müqaviləsində futbolçunun birdəflik transferi də nəzərdə tutulub. Oyunçu artıq Kataloniya klubuna keçməyə razılıq verib.
Saraqosa 2024-cü ilin yayında 13 milyon avro qarşılığında "Qranada"dan Münhen klubuna keçib.
Qeyd edək ki, o, ötən mövsümün ilk yarısını icarə əsasında "Selta"da (26 oyun, 2 qol və 4 məhsuldar ötürmə), ikinci yarısını isə "Roma"da (6 oyun, 1 məhsuldar ötürmə) keçirib.