Avstriya millisinin futbolçusu Ştefan Layner AVRO-2020-nin C qrupundaŞimali Makedoniya ilə keçirilən oyunda vurduğu qolu Kristian Eriksenə həsr edib. Sport24.az xəbər verir ki, görüşdə hesabı açan Mönhenqladbaxın "Borussiya"sının 29 yaşlı müdafiəçisi üzərində “Eriksen, güclü ol!” yazılmış ağ rəngli futbolkanı nümayiş etdirib.

Bununla da Layner ötən gün Finlandiya ilə keçirilən matçda huşunu itirən danimarkalı Kristian Eriksenə dəstək olub.