"Liverpul" PSJ-nin hücumçusu İbrahima Mbayeni transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 

 

"Qırmızılar" 18 yaşlı vingerin keçidi üzərində işləyir. Seneqallı oyunçunun özü də İngiltərə klubuna keçməyə razılıq verib. 

 

Tanınmış insayder Fabrisio Romanonun sözlərinə görə, "Liverpul" Mbayenin agenti Jorje Mendeslə danışıqları davam etdirir. 18 yaşlı futbolçu Leverkuzen "Bayer"inin də maraq dairəsindədir.