FIFA prezidenti Canni İnfantino bu gün Mərakeşdə təşkilatın yüksək rəhbərliyi ilə iclası keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Ali futbol qurumunun rəhbərinə qarşı artan narazılıq fonunda qurumun yüksək vəzifəli şəxslərindən Rabatda keçiriləcək görüşdə iştirak etmələri xahiş olunub.

 

Bir neçə milli federasiya bu yaxınlarda FIFA seçkilərindən əvvəl İnfantinoya dəstək məktublarını geri götürüb. UEFA, AFC və CONCACAF, isveçrəli funksonerin istefa verməyəcəyi halda, federasiyanın işini tamamilə dayandırmaqla hədələyir.

 

FIFA dünya çempionatı da daxil olmaqla, bəzi əsas turnirlərinin hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırırdı. Lakin digər futbol qurumlarının tənqidindən sonra İnfantino bu təşəbbüsdən imtina etdi.

 

Qeyd edək ki, FIFA prezidenti postuna seçkiləri 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək konqresində baş tutacaq.