Erve Renar Fil Dişi Sahili millisinin yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "L'equipe" nəşri məlumat yayıb.

 

57 yaşlı mütəxəssis Fil Dişi Sahili Futbol Federasiyası hazırkı məşqçi Emers Faenin müqaviləsini yeniləmədiyi üçün "fillər"in baş məşqçisi postuna əsas namizəddir.

 

Renarın son iş yeri Tunis yığması olub. O, DÇ-2026-da 18 gün orada çalışıb, daha sonra isə vəzifəsindən azad edilib. Fransız mütəxəssis Tunis millisinin "sükanı arxasına" keçməzdən Səudiyyə Ərəbistanı çalışdırıb. 

 

Qeyd edək ki, Renar əvvəllər də Fil Dişi Sahili millisini çalışdırıb və bu komanda ilə 2015-ci il Afrika Millətlər Kubokunda qələbə qazandırıb.