Madrid "Atletiko"su "Tottenhem"in və Argentina millisinin müdafiəçisi Kristian Romeronu transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, Madrid klubu 28 yaşlı argentinalı oyunçunu bu "transfer pəncərəsi" üçün əsas transfer prioriteti hesab edir.

 

Romero 2022-ci ildən "Tottenhem"də çıxış edir. Onun ingilis klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdi. "Transfermarkt" portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə 32 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.