"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Reşford "Fənərbağça"nın transfer siyahısında yer alan üç əsas namizəddən biridir. Klubun maraq dairəsində "Milan"ın futbolçusu Rafael Leao və "Kristal Pelas"ın hücumçusu İsmailla Sarr da var.

Bildirilir ki, "Fənərbağça" yeni baş məşqçi İsmayıl Kartalın sərəncamına iddialı heyət vermək üçün Reşfordun transferinə böyük məbləğ xərcləməyə hazırdır.

Qeyd edək ki, Markus Reşford ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. Kataloniya klubu onu birdəfəlik transfer etmədiyindən ingilis hücumçu "Mançester Yunayted"ə qayıdıb və hazırda gələcəyi ilə bağlı qərar verməyə tələsmir.