"Murov Az Terminal" voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-li hücumçu Keionna Mackeylə müqavilə imzalayıb.

 

22 yaşlı voleybolçu yeni mövsümdən etibarən komandanın uğurları üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, 183 sm boya malik Mackey son mövsümü ABŞ-nin "Appalachian State" universitet komandasında keçirib. Kənar hücumçu mövqeyində çıxış edən voleybolçu 26 qarşılaşmada meydana çıxıb.