"Şəfa"ın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını və akademiyasının yeni formalaşdığını nəzərə alaraq klubun müraciətinə əsasən komandanın "Sabahın Ulduzları" yarışında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib. Sport24.az xəbər verir ki, bu barədə Bakı Futbol Federasiyasının Təşkilat Komitəsi məlumat yayıb.

 

U-15 yaş qrupunda yarışlara "Şəfa"nın əvəzinə "Rekord" komandası buraxılıb.

 

"Sabahın Ulduzları" U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FIFA U-15 dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinə futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011-2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.