UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə təmsilçimiz "Sabah" da bu gün meydana çıxacaq.

 

"Bayquşlar" səfərdə Danimarka çempionu "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Bu cütün qalibi pley-offda "Hapoel" (Beer-Şeva, İsrail) – "Srvena Zvezda" (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının  pley-offunda "Benfika" (Portuqaliya) – "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.

 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:30. "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan)

Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (hamısı Sloveniya)

Randers."Cepheus Park"