FİFA-nın keçmiş prezidenti Sepp Blatter təşkilatın rəhbəri vəzifəsinə Canni İnfantinonun yerinə namizəd təklif edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Blatterin fikrincə, Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness FİFA prezidenti vəzifəsini icra etmək üçün ən uyğun namizəddir: 

 

"Lise Klaveness ən dərin hörmətə layiqdir. O, həmişə aydın mövqe tutub və heç vaxt axına uymayıb. FİFA-ya qadının rəhbərlik etməsinin tam zamandır".

 

Qeyd edək ki, 45 yaşlı Klaveness 1997-ci ildən 2011-ci ilə qədər futbol oynayıb və Norveç milli komandasında 73 oyun keçirib.