"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans "Əl-İttihad"a keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri sosial media hesabında paylaşım edib.

 

Səudiyyə klubu 28 yaşlı belçikalı ilə maraqlanır və onu yayda prioritet transfer hesab edir. "Aston Villa" uyğun təklif gələrsə, oyunçunu satmağı düşünür.

 

Tilemansın İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun dəyərini 38 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 53 matça çıxıb, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.