"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Onun sözlərinə görə A seriyası klubları 22 yaşlı danimarkalı futbolçunun vəziyyətini diqqətlə izləyir. Jurnalist qeyd edib ki, "Mançester Yunayted" yayda Hoylundu satıb yeni hücumçu almağa qərar verərsə, İtaliya klubları konkret danışıqlara başlamağa hazır olacaqlar.

 

Forvard bu mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

"Transfermarkt" Hoylundun dəyərini 45 milyon avro qiymətləndirir.