"Qəbələ" bu gün Azərbaycan I Liqasında XXII turda "İmişli"nin qonağı olacaq. Sport24.az xəbər verir ki, İmişli şəhər stadionunda baş tutacaq görüşə saat 16:30-da start veriləcək.
"Qəbələ" 21 turdan sonra 55 xalla 1-ci sıradadır.
"Qırmızı-qaralar" ən yaxın izləyicisi "Karvan"ı 16 xal qabaqlayır. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv bu gün "İmişli"ni məğlub etsə, sona beş tur qalmış çempionluğu təmin edəcək.
"Qəbələ" daha əvvəl "üçlük"dəki yerini təmin etmiş və Premyer Liqaya vəsiqə əldə etmişdi.