İngiltərə millisi DÇ-2026-nın 1/16 final mərhələsində Konqo DR yığmasını (2-1) məğlub etdikdən sonra Mexikoya uçmaqdan imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Tomas Tuxelin komandası Kanzas-Sitidəki bazasına qayıdıb və 1/8 finalda üz-üzə gələcəyi Meksika ilə oyuna hazırlığın əsas hissəsini orada keçirəcək. Səbəblərdən biri rəqiblərin Mexiko şəhərində İngiltərənin taktiki planlarını izləməyə çalışa biləcəyi ilə bağlı narahatlıqlardır.

 

Tuxel məşqlərin "Swope Soccer Village" qapalı bazasında keçirilməsini istəyib. Orada meydançalar yoxlanılır, təhlükəsizlik yerli polis tərəfindən izlənilir və dron əleyhinə tədbirlər görülür.

 

Qeyd edək ki, Meksika - İngiltərə matçı iyulun 6-sı, Bakı vaxtı ilə saat 03:00-da Mexiko şəhərində keçiriləcək.