"Strasburq"un hücumçu Emmanuel Emeqa "Çelsi" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı niderlandlı rəsmi olaraq 2026-cı ildə komandaya qoşulacaq. Müqavilə 2033-cü ilə qədər nəzərdə tutulub.

 

Forvard 2023-cü ildə "Şturm"dan Fransa klubuna keçib. "Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, Emeqa ötən mövsüm Fransa çempionatında 27 matçda 14 dəfə fərqlənib və vu 3 məhsuldar ötürmə ilə yadda qalıb.