"Çelsi" yay "transfer pəncərəsi" ərəfəsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Sport24.az "Sport Witness" nəşrinə istinadən xəbər verir ki, London klubu "Portu"nun vingeri Uilyam Qomeşlə yaxından maraqlanır.
​
Mənbənin sözlərinə görə, klub skautları həftəiçi "Portu"nun "Nottinqem Forest"lə keçirdiyi oyunu stadiondan canlı izləyərək, 21 yaşlı hücumçunun performansını yerində dəyərləndiriblər.
​
Qeyd edək ki, Uilyam Qomeş bu mövsüm "Portu"nun heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb