"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Solskyaer "İpsviç"in baş məşqçisi vəzifəsinə namizəddir. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, klub rəhbərliyi artıq onunla danışıqlara başlayıb.

 

Mənbənin sözlərinə görə, Solskyaerin təyinatı iyunun sonuna qədər ictimaiyyətə açıqlanacaq. 

 

Norveçli mütəxəssis 2025-ci ilin avqustunda "Beşiktaş"dan ayrıldıqdan sonra işsizdi.

 

Qeyd edək ki,  "İpsviç" 2025/26 mövsümündə Premyer Liqaya yüksəlib.