"Bavariya"nın müdafiəçisi Saşa Boenin bu yay Münhen klubundan ayrılmaq ehtimalı var. Sport24.az xəbər verir ki, bu barədə klubun idman direktoru Kristof Froynd GFFN açıqlamasında bildirib.

 

İdman direktoru fransızın artıq baş məşqçi Vinsent Kompaninin planlarına daxil olmadığını təsdiqləyib. 

 

 Froynun sözlərinə görə, Boeyə transfer bazarında tələbat var və bir çox komanda onun xidmətində maraqlıdır. 

 

Qeyd edək ki, fransız futbolçu 2024-cü ilin qışında 30 milyon avro qarşılığında "Qalatasaray"dan "Bavariya"ya keçib. Lakin Münhen təmsilçisinin heyətində özünə yer edə bilməyib. "Bavariya"da olduğu müddətdə Boe bütün turnirlərdə 38 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. 2025/26 mövsümünün ikinci yarısında müdafiəçi icarə əsasında "Qalatasaray"ın formasını geyinib.