"Parma"nın qapıçısı Jion Sudzuki Avropanın aparıcı klublarının marağına səbəb olub. Sport24.az "La Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, 23 yaşlı yaponiyalı futbolçu ilə PSJ, "Yuventus" və İngiltərə nəhəngləri maraqlanır. Qolkiperi ən çox heyətində görmək istəyən isə "Aston Villa"dır. 

 

Parislilər artıq İtaliya klubuna transfer təklifi ediblər və Sudzukini heyətinə cəlb etmək üçün fransız qapıçı Lukas Şevalyeni satmağa hazırdırlar. 

 

Qeyd edək ki, Sudzuki isə DÇ-2026-da Yaponiya millisinin əsas qolkiperi olub.