Millimizin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kru" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, komanda 17-ci tur çərçivəsində "doğma divarlar" arasında "Sinsinnati" ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəriman bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, "Kolumbus Kru" 17 turdan sonra Şərq Konfransında 19 xalla 11-ci pillədə qərarlaşıb.