"Neftçi" qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə 2-ci oyununa çıxıb. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib. 

 

Yunanıstanın Veria şəhərində təşkil olunan oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə PAOK 2-ci təsnifat mərhələsinə yüksəlib. "Neftçi" isə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Monteneqronun "Buduçnost" komandasına 4:3 hesabı ilə qalib gəlmişdi.

 

25 iyul

19:30. PAOK (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 3:0

Baş hakim: Oksana Kruk (Moldova)

Veria Munisipal Stadionu