Qadın futbolçulardan ibarət "Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" 1-ci qrupun həlledici görüşündə Yunanıstan təmsilçisi PAOK ilə üz-üzə gələcəkl.
Yarımfinalda Monteneqro "Buduçnost"una qalib gələn təmsilçimizin PAOK ilə görüşü Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.
25 iyul
19:30. PAOK – (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
Veria Munisipal Stadionu.