PSJ-nin yarımmüdafiəçisi Li Kan İnin Madrid "Atletiko"suna transferi rəsmiləşib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Cənubi Koreya millisinin 25 yaşlı yarımmüdafiəçisi yeni klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. İspanların bu transferə görə qarşı tərəfə 40 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Li Kan İn Li 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Parislilərlə iki dəfə Çempionlar Liqasının qalibi olub.