İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Qeyd edək ki, ümumilikdə dünya çempionatında 68 hakim olacaq.