Almaniyanın "Hamburq" klubu "Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyranı heyətinə qatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Hamburq"un yay "transfer pəncərəsi"ndə planlaşdırdığı digər keçidlər Vieyranın transferindən asılı deyil. Portuqaliyalı futbolçu da keçidin baş tutmasını gözləyir. O klubu, şəhəri və baş məşqçini çox bəyəndiyi üçün karyerasını Almaniyada davam etdirməkdə maraqlıdır. Tərəflər icarəyə deyil, tam transfer variantına üstünlük verirlər.
Qeyd edək ki, Fabio Vieyra hazırda "Arsenal"ın mövsümöncəsi təlim-məşq toplanışında yer alsa da, tərəflər transferin reallaşması üçün həll yolu axtarışını davam etdirirlər