"Şahdağ Qusar" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, Şimal təmsilçisi kamerunlu yarımmüdafiəçi Arsene Daudanı heyətinə qatıb.
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Arsenenin son klubu 1-ci Liqa təmsilçisi "Cəbrayıl" olub.