"Real" Vinisius Junior ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

 

Madrid klubunun prezidenti Florentino Peresin 26 yaşlı cinah oyunçusunun şərtlərindən bezdiyi bildirilir. Braziliyalı futbolçu "Kral klubu"ndan ildə təxminən 30 milyon avro maaş və 15 milyon bonus istəyir. İspanlar bu şərtlərlə razılaşmaq istəmirlər.

 

Klub oyunçuya aydın şəkildə bildirib ki, tərəflər razılığa gələ bilməsələr, o, bu yay satılacaq. "Arsenal" potensial transfer dəyəri 160 milyon avro olan hücumçunun keçidində maraqlıdır.

 

Həmçinin, Vinisiusun Madirddəki gələcəyinə "Real"ın transferini mümkün qədər tez başa çatdırmaq istədiyi "RB Leypsiq"dən Yann Diomande təsir göstərə bilər.