Azərbaycan klublarının avrokuboklarda III təsnifat mərhələlərinə vəsiqə qazanmaq ehtimalları açıqlanıb. Sport24.az-ın məlumatına görə, bu barədə "Football Meets Data" məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu 1:0 hesabı ilə məğlub edən "Sabah"ın növbəti mərhələyə adlamaq şansı 70 faiz qiymətləndirilir.

UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın isə III təsnifat mərhələsinə yüksəlmək ehtimalı 61 faizdir. Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə edib və cavab qarşılaşmasını səfərdə keçirəcək.

UEFA Konfrans Liqasında çıxış edən "Zirə"nin mərhələni keçmək şansı 58 faiz göstərilib. "Qartallar" II təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde"yə 0:1 hesabı ilə uduzub.

"Neftçi"nin isə Belarusun "Dinamo" klubuna qarşı dueldə III təsnifat mərhələsinə vəsiqə qazanmaq ehtimalı 15 faizdir. Bakı təmsilçisi ilk görüşdə doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan klublarından "Sabah", "Qarabağ" və "neftçi" və "Zirə" cavab oyunlarını səfərdə, "Zirə" isə evdə keçirəcək.