"Qalatasaray"ın hücumçusu Viktor Osimhen klub rəhbərliyini sərt tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial mediada canlı yayımda danışıb:
"Üç aydır ki, maaş almıram. Mən olmasaydım, dünyada heç kimin "Qalatasaray" haqqında məlumatı olmazdı. Nankor insanlar mənim pulumu verməsəniz gedərəm", - deyə nigeriyalı hücumçu bildirib.
Qeyd edək ki, Osimhenin transfer dəyəri 75 milyon avro qiymətləndirilir. Ötən mövsüm 33 matçda oyunçu 22 qol vurub və 8 məhsuldar ötürmə edib. Bir il əvvəl o, "Napoli"dən "Qalatasaray"a 75 milyon avroya keçib. Bundan əvvəl o, "Lill", "Şarlerua" və "Volfsburq"da oynayıb. Türkiyə klubuna keçməzdən əvvəl orada bir il icarədə olub.