"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə Super Liqası təmsilçisi "Qaziantep" hazırda Yunanıstanın PAOK klubuna məxsus olan 27 yaşlı qolkiperlə maraqlanır.

Türkiyə klubunun gürcüstanlı qapıçını icarəyə götürmək istədiyi bildirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Quqeşaşvilinin PAOK ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022–2024-cü illərdə "Qarabağ"ın formasını geyinib.